Aeroport yolunda DƏHŞƏT - 2 nəfəri VURDU
Far.Az xəbər saytı

Aeroport yolunda DƏHŞƏT - 2 nəfəri VURDU


Ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Aeroport şosesində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd olunub.

Bildirilib ki, qəzada xəsarət alan piyadalardan biri taksi minik avtomobilinə qoyulub və onun vəziyyəti, pik saatda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq yol polisi əməkdaşlarının operativ müşayiəti altında Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

"DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara müraciət edərək bildirir ki, piyada vurulması ilə nəticələnən qəzalar daha çox piyada keçidlərinin yaxınlığında qeydə alınır. Ən təhlükəlisi də odur ki, piyadaların bir qismi sürətli və hərəkətin intensiv olduğu yollarda "avtomobillər dayanıb yol verəcəklər" düşüncəsi ilə məsələyə yanaşdığından onlar çox vaxt qəzanın qurbanı olur və ya ağır xəsarət alırlar.

Piyadalar yolu diqqətsiz keçdikləri və piyada keçidlərindən istifadə etmədikləri təqdirdə nəticəsi ağır olacaq. Bu baxımdan yol hərəkəti iştirakçıları qaydalara əməl etməli, məsələyə ciddi yanaşmalıdırlar",- deyə məlumatda qeyd edilib.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər