Elvin Quliyev: "Yığmada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər"
Far.Az xəbər saytı

Elvin Quliyev: "Yığmada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər"


Azərbaycanın futzal millisində gənc oyunçularta şans verilir.

"Report" xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən Elvin Quliyev DÇ-2028-in əsas mərhələsində Çexiyaya qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis ilk hissədə daha yaxşı çıxış etdiklərini söyləyib:

"Birinci hissədə oyun arzuladığımız kimi alındı. İkinci yarıda isə müəyyən səhvlərə yol verdik. Rəqib isə bu səhvlərdən maksimum istifadə etdi. Qarşılaşmanın sonlarına yaxın risk etdik. Nəticədə hesabı bərabərləşdirməyi bacardıq. Təcrübəsizlik bu işdə öz sözünü dedi. Komandada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər. Onlar inkişaf etsə, uğur qazana bilərik".

Qeyd edək ki, Lənkəran Olimpiya İdman Kompleksində baş tutan Azərbaycan - Çexiya görüşü 2:2 hesabı ilə yekunlaşıb.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər