Ali Tsokayev Serbiyada Avropa çempionu olub
Far.Az xəbər saytı

Ali Tsokayev Serbiyada Avropa çempionu olub


Azərbaycan güləşçisi Ali Tsokayev (92 kq) Serbiyada təşkil olunan U-23 Avropa çempionatının qalibi olub.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, A.Tsokayev finalda türkiyəli Fatih Altunbaşı məğlub edib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq) və Səbuhi Əmiraslanov (79 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıblar.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Oxşar xəbərlər

Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib - YENİLƏNİB-4
İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər