"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Çıraq" platformasından istismara veriləndən bu ilin noyabrın 1-dək 107,8 milyon ton neft və 25 milyard kubmetr qaz hasil edilib.
Bu barədə "Far.Az"a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan neft sənayesinin simvollarından sayılan "Çıraq" platformasından ilk neft hasilatına başlanılmasından 29 il ötür.
Xatırladaq ki, "Azəri-Çıraq-Günəşli" (AÇG ) Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (35,3 %), MOL (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
GECF: İtaliya Azərbaycandan TAP ilə tədarük olunan qaz hesabına Avropada mövqeyini gücləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













