U-23 Avropa çempionatında Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə qoşulur
Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.
"Far.Az"un turnirə ezam olunan əməkdaşının məlumatına görə, yarışın 4-cü günündə Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə qoşulacaq.
Nərgiz Səmədova (53 kq) 1/4 finalda litvalı Vestina Daniseviçyusla üz-üzə gələcək. Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) isə təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar.
Bu gün həmçinin finalda Gültəkin Şirinova (55 kq) macarıstanlı Gerda Terek, Günay Qurbanova (59 kq) isə belaruslu Marta Hetmanava ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Ali Tsokayev (92 kq) Avropa çempionu olub. Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıb.
Avropa çempionatına martın 15-də yekun vurulacaq.
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib - YENİLƏNİB-4
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
"Nərgiz" Ticarət Mərkəzində təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













