"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
Zəfərin 6-cı ildönümü münasibətilə Bakıda ənənəvi "Qələbə qaçışı" keçirilib.
"Far.Az" xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarış "Qürurla irəli" şüarı altında baş tutub.
Yarışın açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar Dənizkənarı Milli Parkda, "Yeddi gözəl" fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometrlik məsafəni qət ediblər.
Vətən müharibəsi şəhidlərinin övladları builki "Qələbə qaçışı"nın fəxri iştirakçıları olublar. Onlar finiş xəttində idmançıları qarşılayaraq məsafəni başa vuran hər bir iştirakçıya medal təqdim ediblər.
Bu il "Qələbə qaçışı"na 2000-dən çox şəxs qatılıb. Bu, yarışın 2021-ci ildən bəri keçirilən bütün buraxılışları arasında ən yüksək iştirakçı göstəricisidir.
Kişilər arasında Bəxtiyar Əsgərli birinci, Loğman İsrafilli ikinci, Əli Rzazadə isə üçüncü yeri tutub. Qadınların mübarizəsində Anna Yusupova qalib gəlib. Qənirə Həsənova ikinci, Arzu Məmmədbəyova üçüncü yerdə qərarlaşıb.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.
İki gün ərzində Dənizkənarı Milli Parkda fəaliyyət göstərən əyləncə zonasında müxtəlif tədbirlər keçirilib. Qaçışdan sonra təşkil olunan konsert proqramında xalq artisti Röya, tanınmış müğənnilər Murad Arif və Mərdan çıxış ediblər.
Xeyriyyə məqsədi ilə təşkil olunan yarış çərçivəsində qeydiyyatdan əldə edilən bütün vəsait "YAŞAT" Fonduna ianə ediləcək.
Xatırladaq ki, "Qələbə qaçışı" 2021-ci ildən etibarən keçirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə çaqqal qadına hücum etdi
-
Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"
-
Azər Bayramov: "Bu il 18 dövlət müəssisəsində rəqəmsal transformasiya işləri görülüb"
-
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb - Yenilənib-2
-
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
-
Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb













