Avropa çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə qoşulurlar
Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.
"Report"un turnirə ezam olunan əməkdaşının məlumatına görə, yarışın 5-ci günündə Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.
Təsnifat mərhələsində Fərid Sadıqlı (55 kq) çexiyalı Filip Bartoşik, İlkin Qurbanov (63 kq) türkiyəli Enes Ülkü, Rəvan Nuriyev (77 kq) belaruslu Kiril Valevski, Ayxan Mərdanov (130 kq) isə yunanıstanlı Axilles Xrisidislə üz-üzə gələcək. Səid Axundzadə (87 kq) isə 1/8 finalda rumıniyalı Patrik Yulian Qordanla mübarizə aparacaq.
Qadın güləşçilərindən Ruzanna Məmmədova (62 kq) qızıl medal uğrunda görüşə çıxacaq. O, həlledici qarşılaşmada rusiyalı Amina Tandelova ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan yarışda indiyə qədər ümumilikdə 10 medal qazanıb. Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu olublar. Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq) və Gültəkin Şirinova (55 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıblar.
Avropa çempionatına martın 15-də yekun vurulacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib - YENİLƏNİB-4
Günay Qurbanova Avropa çempionatında qızıl medal qazanıb - YENİLƏNİB-2
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Avropa çempionatında 13 medal - Gənc güləşçilərimizdən möhtəşəm nəticələr
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













