Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü
Far.Az xəbər saytı

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü


Sumqayıtda məktəbli qız küçədə döyülüb.

Far.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb.

18 yaşlı Samir Musayev (şərti adla) sevgi münasibətlərində olduğu 15 yaşlı Mahirə Bağırovanın (şərti adla) baş nahiyəsinə yumruqla möhkəm zərbə vurub. Nəticədə yeniyetmə qız zərbənin təsirindən yerə yıxılaraq, xəsarətlər alıb və hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb.

Faktla bağlı S.Musayev saxlanılıb və barəsində cinayət işi açılıb.

Məlumata görə, hadisə qısqanclıq səbəbindən baş verib. Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını və dəymiş ziyanı ödədiyini bildirib. Həmçinin orta məktəblərdən birinin 9-cu sinfində təhsil alan Mahirə də Samirə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və S.Musayev məsuliyyətdən azad olunub.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda saxlanılmış şəxslər məhkəmədə ifadə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər