Mauro İkardi karyerasını İtaliyada davam etdirə bilər
Far.Az xəbər saytı

Mauro İkardi karyerasını İtaliyada davam etdirə bilər


"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardinin mövsümün sonunda komandadan ayrılacağı iddia olunur.

BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, FIFA meneceri Marko Kırdemir "Radyospor"da yayımlanan "Derinpas" proqramında argentinalı futbolçunun gələcəyi ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, İkardi mövsüm bitdikdən sonra Türkiyə klubundan ayrılaraq yenidən İtaliyaya qayıda bilər.

Kırdemir iddia edib ki, futbolçu artıq "Yuventus" klubu ilə razılıq əldə edib. Menecer bildirib ki, İkardinin mövcud müqaviləsi mövsümün sonunda başa çatır və o, karyerasını İtaliyada davam etdirməyə hazırlaşır.

Menecer proqramda "Qalatasaray"ın digər hücumçusu Viktor Osimhen barədə də danışıb. Onun sözlərinə görə, nigeriyalı futbolçu "Real Madrid"in transfer siyahısında yer almır. Kırdemir bildirib ki, Madrid klubunun əsas hədəfi "Mançester Siti"nin hücumçusu Erlinq Holandır.

O, həmçinin qeyd edib ki, "Real Madrid"in növbəti mövsüm üçün baş məşqçi postuna Yurgen Kloppun gətirilə biləcəyi də müzakirə olunur. Menecerin fikrincə, bu qərar qəbul olunarsa, Arda Gülərin komandadakı gələcəyi də həmin qərardan asılı ola bilər.

Oxşar xəbərlər

"Qarabağ" futbolçuları İtaliyaya yola düşüblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Türkiyə mətbəxinin ləziz məkanı "Günaydın" restoranına "5 ulduz" sertifikatı verildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər