Ruzanna Məmmədova: "Avropa çempionatında kürsüdən düşməmək məqsədim var idi"
Serbiyanın Zrenyanin şəhərində təşkil olunan Avropa çempionatında gümüş medal qazanan Ruzanna Məmmədova (62 kq) əməliyyat olunmasına baxmayaraq kürsüdən düşməmək niyyətində olub.
"Report" xəbər verir ki, idmançı bunu final görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
O, yalnız bir təlim-məşq toplanışında iştirak etdiyini bildirib:
"Yarış çox çətin keçdi. İki ay idi hazırlaşırdım. Dizindən əməliyyat olunmuşdum. Zədədən sonra ilk yarışım idi. Yalnız bir təlim-məşq toplanışında iştirak etmişdim. Yüngül məşqlər edib yarışa qoşulmuşdum. Əməliyyat olunmağıma baxmayaraq məqsədim bu yarışda medal qazanmaq, kürsüdən düşməmək idi. Düzdür, çempionluq arzum gerçəkləşmədi. Bu yarışda məni bir qədər geri salan amil diz əməliyyatı oldu. Ümidvaram növbəti yarışlarda daha yaxşı çıxış edəcəyəm".
Güləşçi növbəti hədəflərindən də danışıb:
"Böyüklər arasında Avropa çempionatında iştirak etməyi hədəfləyirəm. Yəqin ki Albaniyada keçiriləcək yarışa qədər daha yaxşı hazırlaşıb, təlim-məşq toplanışında iştirak edəcəm. Təbii ki böyüklər arasındakı yarış daha çətin olacaq. 62 kq çəki dərəcəsində yarışıram. Bu olimpiya çəkisidir. Ümid edirəm ki bu yarışa daha yaxşı hazırlaşacağam".
Qeyd edək ki, R.Məmmədova finalda rusiyalı Amina Tandelovaya məğlub olaraq gümüş medal qazanıb.
Oxşar xəbərlər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













