3x3 basketbol millimiz FIBA Çempionlar Kubokunda ikinci olub
Far.Az xəbər saytı

3x3 basketbol millimiz FIBA Çempionlar Kubokunda ikinci olub


Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda gümüş medal qazanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, finalda Niderland seçməsi ilə üz-üzə gələn yığma 12:21 hesabı ilə uduzub.

Milli daha əvvəl ABŞ-yə qarşı keçirdiyi yarımfinal matçında 22:20 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, turnirin qalibi 2027-ci il FIBA 3x3 Çempionlar Kuboku, 2027-ci il FIBA 3x3 Dünya Kuboku və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya təsnifat turnirində iştirak hüququ əldə edib.

Oxşar xəbərlər

Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda ikinci olub - YENİLƏNİB
Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda ikinci olub
Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
"Report" komandası 3x3 basketbol turnirində ikinci yeri tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər