"Report" komandası 3x3 basketbol turnirində ikinci yeri tutub
Far.Az xəbər saytı

"Report" komandası 3x3 basketbol turnirində ikinci yeri tutub


"İdman həftəsi" çərçivəsində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə media nümayəndələri arasında 3x3 basketbol yarışı keçirilib.

"Far.Az" xəbər verir ki, Avropa Oyunları Parkında baş tutan turnirdə 17 media qurumunun komandası mübarizə aparıb.

Kişilərin yarışında Kənan Həsənov, Səlcuq Elçin, Tuncay Türbəndəzadə və Nihat Piriyevdən ibarət "Far.Az" İnformasiya Agentliyinin komandası finala qədər irəliləsə də, həlledici matçda uduzaraq ikinci yeri tutub.

Birinci yerə Xəzər TV-nin əməkdaşları Mehman Rəsulov və Əli Cəfərov, İTV-nin təmsilçisi Nihat İsmayılov, eləcə də Azerisport.com-un əməkdaşı Mirbağırağa Cəfəridən ibarət "Xəzər" komandası layiq görülüb. Emin Səfərov, Elnur Muxtarlı, Əli Şəyəldiyev (Teleqraf İnformasiya Agentliyi) və Asif Nərimanlıdan (Publika.az) ibarət "Teleqraf" komandası isə yarışı üçüncü pillədə başa vurub.

Qadınlar fərdi formatda – topu səbətə dəqiq atış üzrə mübarizə aparıblar. Teleqraf Agentliyinin əməkdaşları Nərmin Muradova və Röyanə Bəkirli müvafiq olaraq birinci və ikinci yerləri tutublar. Leyla Eminova (İdman.biz) isə üçüncü yerə layiq görülüb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər