"Çelsi" Abramoviç dövründəki maliyyə pozuntularına görə 12,44 milyon avro cərimələnib
İngiltərə Premyer Liqasının Müstəqil Komissiyası Roman Abramoviçin dövründə yol verilmiş maliyyə pozuntularına görə "Çelsi" klubunu 10,75 milyon funt sterlinq (təxminən 12,44 milyon avro) cərimələyib.
"Report" xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
Qərara əsasən, "Çelsi"nin akademiyasına yeni futbolçuların transferinə 9 ay qadağa qoyulub. Bundan əlavə, əsas komandaya 2 illik sınaq müddəti çərçivəsində 1 illik şərti transfer qadağası tətbiq olunub.
Araşdırma göstərib ki, 2011–2018-ci illərdə klubla əlaqəli üçüncü şəxslər futbolçulara, qeydiyyatdan keçməmiş agentlərə və başqalarına açıqlanmayan ödənişlər edib. Bu ödənişlər faktiki olaraq "Çelsi"nin xeyrinə olduğundan, klub tərəfindən rəsmi maliyyə əməliyyatları kimi göstərilməli idi.
Klub həmçinin etiraf edib ki, bu ödənişlərin açıqlanmaması və gizlədilməsi Premyer Liqanı düzgün məlumatlandırmaq öhdəliyinin pozulması deməkdir.
Cəzanın müəyyənləşdirilməsi zamanı "Çelsi"nin pozuntular barədə öz təşəbbüsü ilə məlumat verməsi, onları etiraf etməsi və istintaq müddətində araşdırma ilə tam əməkdaşlıq etməsi yüngülləşdirici hal kimi nəzərə alınıb.
Məlumata görə, araşdırma 2022-ci ildən – klubun keçmiş rəhbərliyinin mümkün maliyyə pozuntuları barədə Premyer Liqaya məlumat verməsindən sonra başlayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













