"Arsenal" səfərdə "Liverpul"a qalib gələrək Premyer Liqanın liderliyinə yüksəlib
Londonun "Arsenal" klubu İngiltərə çempionatının IX turunda səfərdə "Liverpul"u məğlub edərək turnir cədvəlinə başçılıq edir.
"Far.Az" xəbər verir ki, "Enfild" stadionunda keçirilən qarşılaşma "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 16-cı dəqiqədə Kay Haverts vurub.
Bu, "Arsenal"ın son beş oyunda "Liverpul" üzərində ilk qələbəsidir. London təmsilçisi sonuncu dəfə 2024-cü il fevralın 4-də rəqibini İngiltərə çempionatının ev oyununda 3:1 hesabı ilə məğlub etmişdi. Bundan sonra "Liverpul" bir dəfə qalib gəlib, üç qarşılaşma isə heç-heçə ilə başa çatıb.
Bu məğlubiyyətlə "Liverpul"un bütün turnirlərdə beş oyundan ibarət qələbə seriyası qırılıb. Komanda həmin müddətdə İngiltərə çempionatında və Çempionlar Liqasında iki dəfə qalib gəlib, həmçinin Liqa Kubokunda növbəti mərhələyə yüksəlib.
"Arsenal" 24 xalla turnir cədvəlində vahid liderdir. "Mançester Siti" 21 xalla ikinci, 15 xalı olan "Liverpul" isə beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Mançester Siti" bu turda doğma meydanda "Brayton"a 0:1 hesabı ilə uduzub. Növbəti turda "Arsenal" noyabrın 7-də "Hall"u qəbul edəcək. "Liverpul" isə noyabrın 8-də səfərdə "Kristal Pelas"la qarşılaşacaq.
Oxşar xəbərlər
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
DÇ-2026: Ən çox qolu kim vurub?
UEFA Konfrans Liqası: "Tvente" "Qarabağ"la oyunda üçüncü qolu vurub - YENİLƏNİB-6
Çempionlar Liqası: "Liverpul"a məğlub olan "Qarabağ" pley-offa yüksəlib - YENİLƏNİB-9
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi
-
Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu
-
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
-
Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb
-
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi
-
Rafinya Messinin uğurunu təkrarlayıb













