Azərbaycan Böyük Britaniyanın enerji keçidini təşviq edən əməkdaşlıq təkliflərini müzakirə edib
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Braziliyada Böyük Britaniya ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində “yaşıl tərəfdaşlıq” müzakirə edib.
“Far.Az” nazirliyə istinadən xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Parlamentinin “Enerji Təhlükəsizliyi və Xalis Sıfır” departamentində dövlət katibinin müavini Keri Makkarti ilə görüşdə isə ölkələrimiz arasında enerji sahəsində uzunmüddətli strateji tərəfdaşlığın “yaşıl enerji”, dekarbonizasiya istiqamətləri ilə şaxələnən inkişafından məmnunluq ifadə edilib. Bu xüsusda, təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun həyata keçirildiyi vurğulanıb. Azərbaycanın neft-qaz sənayesinin karbonsuzlaşdırılmasında bp ilə icra olunan “Şəfəq” layihəsinin əhəmiyyətindən bəhs olunub.
Görüşdə COP29-un “yaşıl enerji zonası və dəhliz”lər, elektrik şəbəkələrinin gücləndirilməsi və enerji saxlama imkanlarının artırılması, hidrogenin inkişafı üzrə enerji təşəbbüslərindən də danışılıb. Böyük Britaniya enerjiyə keçid məqsədinə çatmağa imkan yaradan bu təşəbbüslərə qoşulmağa dəvət edilib. “Enerji günü”ndə keçirilən tədbirlərdə iştirakla yanaşı COP-un iqlim və “yaşıl enerji keçidi” ilə bağlı hədəflərini irəli aparmaq üçün zəruri olan maliyyələşmə məsələsi, həmçinin Böyük Britaniya ilə potensial təşəbbüslər üzrə əməkdaşlıq imkanları da müzakirə edilib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Braziliyada Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət katibinin müavini Keri Makkarti ilə Böyük Britaniyanın enerji keçidini təşviq edən əməkdaşlıq təkliflərini müzakirə edib.
“Far.Az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
“Braziliyada Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Parlamentinin “Enerji Təhlükəsizliyi və Xalis Sıfır” departamentində dövlət katibinin müavini Keri Makkarti ilə görüşdük.
Təmiz enerjiyə keçid üzrə Böyük Britaniya ilə tərəfdaşlığımızda BP ilə həyata keçirilən “Şəfəq” layihəsi, eləcə də COP29 Sədrliyinin enerji təşəbbüsləri və Böyük Britaniyanın enerji keçidini təşviq edən əməkdaşlıq təklifləri ilə bağlı müzakirələr apardıq”, - deyə paylaşımda bildirilib.
Oxşar xəbərlər
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Pərviz Şahbazov Qırğızıstanda bir sıra görüşlər keçirib
Cəbrayıldakı “Şəfəq” GES-lə bağlı Birgə İştirak Müqaviləsi imzalanıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə vətəndaşı Azərbaycanda yaratdığı yeni şirkəti 16 gündən sonra satıb
-
Prezident İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib
-
İranın ali rəhbərinin nümayəndəsi Moskvada səfərdədir
-
Bu il Azərbaycanda KOB inkişafı mərkəzlərinin xidmətlərindən faydalanlarının sayı açıqlanıb
-
Litva XİN: NATO Ukraynada sülhün təminatına zəmanət verməli olacaq
-
Ceyhun Bayramov AK-nın vitse-prezidenti ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə edib - YENİLƏNİB