İsrail ordusu Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqlayıb - YENİLƏNİB
İsrail Müdafiə Ordusu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında bildirilib.
"İsrail Müdafiə Ordusu elan edir ki, Hərbi Hava Qüvvələri ordunun kəşfiyyat məlumatları əsasında və unikal əməliyyat imkanlarından istifadə etməklə dəqiq zərbə endirib. Nəticədə Əli Laricani öldürülüb. Zərbə o, Tehranın yaxınlığında olarkən endirilib", - məlumatda qeyd olunub.
Xəbər yenilənir...
İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrail Hərbi Hava Qüvvələrinin hava zərbəsi nəticəsində öldürülüb.
"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri İsrael Kats bildirib.
"Baş qərargah rəisi məni Milli Təhlükəsizlik Şurasının katibi Laricaninin və "Bəsic"in rəhbərinin öldürüldüyü barədə məlumatlandırıb", - KİV-lər Katsın sözlərindən sitat gətirib.
Daha əvvəl İran KİV-ləri məlumat yaymışdı ki, Laricaninin İsrailin hədəfi olduğuna dair xəbərlərdən sonra müraciəti yayımlanacaq.
Qeyd edək ki, Əli Laricani Milli Təhlükəsizlik Şurasının katibi və fevralın 28-də öldürülmüş İranın ali lideri Əli Xameneinin müşaviri olub, nüvə proqramı və xarici siyasət üzrə danışıqlarda əsas rol oynayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakının bu ərazilərində içməli su və kanalizasiya xətləri yenilənir
Bakıda piyada keçidlərindəki eskalatorlar yenilənir
İsrail KİV: Əli Laricani hava zərbəsi zamanı həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb













