Husilər strateji boğazda nəzarəti ələ keçirdi: Yəmən ordusu geri çəkildi
Yəməndə husilərlə hökumət qüvvələri arasında qarşıdurma fonunda hərbi vəziyyət gərginləşib. Beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətin ordusu Bab əl-Məndəb boğazı və Zubab rayonundakı mövqelərindən geri çəkilib.
Far.Az xəbər verir ki, "əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, Yəmən ordusu beynəlxalq ictimaiyyəti strateji əhəmiyyətli boğazın husilərin nəzarətindən çıxarılmasına kömək etməyə çağırıb.
Ordunun sözçüsü, polkovnik Məcid əl-Nuzeyli Bab əl-Məndəb boğazının beynəlxalq gəmiçilik və ticarət üçün mühüm rol oynadığını bildirib.
Cənub Qüvvələri komandanlığı isə geri çəkilməni hərbi qüvvələrin yenidən təşkili və digər istiqamətlərdə mövqelərin gücləndirilməsi ilə izah edib. Bildirilib ki, əsas məqsəd Ədənin təhlükəsizliyini qorumaq və Taiz şəhərinin mühasirəsini yarmaqdır.
Qeyd edək ki, Yəməndə husilərlə hökumət qüvvələri arasında silahlı qarşıdurma 2014-cü ildən davam edir. Bab əl-Məndəb boğazı beynəlxalq dəniz ticarəti və enerji daşımaları baxımından strateji əhəmiyyətə malikdir.
Oxşar xəbərlər
FHN şagird və müəllimlərlə təlim keçirdi
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Husilərin uğuru – qiyamçılar yenidən regionun təhdid mənbəyi kimi - ŞƏRH
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi
FHN zavodda təlim keçirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













