Xocalıda Torpaq çərşənbəsi qeyd olunub
Xocalı şəhərində Novruzun müjdəçisi olan Torpaq çərşənbəsi qeyd olunub.
"Far.Az" xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xiidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, Xocalı şəhərinin mərkəzində, köç həyata keçirilən kəndlərdə, o cümlədən Xocalınln Şuşa kəndində sakinlər bir araya gələrək, bayram tonqalları ətrafında toplaşıblar. Tonqal ətrafında toplaşan sakinlər bir-birini bayram münasibətilə təbrik edib, Novruz ənənələrini yaşadıblar. Səsləndirilən musiqi nömrələri və bayram ovqatlı çıxışlar tədbirə xüsusi rəng qataraq insanlarda yüksək əhval-ruhiyyə yaradıb.
İllər sonra doğma yurdlarında yandırılan bu tonqallar torpağın dirçəlişinin, həyatın yenidən qayıdışının rəmzi kimi sakinlərə böyük sevinc bəxş edib. Xocalıda ucalan bayram tonqalları həm də azad torpaqlarımızda həyatın bərpa olunduğunu göstərən qürurverici mənzərə yaradıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Yaqub: Əfqanıstan ərazisi İrana hücumlar üçün istifadə olunmayacaq
-
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
-
Azərbaycanın çimərlik güləşi millisi Avropa çempionu olub
-
Macarıstanın Baş naziri Brüsseldə NATO və AK rəhbərləri ilə görüşəcək
-
"Kristal Pelas" UEFA Konfrans Liqasının qalibi olub
-
Ceyhun Bayramov: Azərbaycan beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır













