Abşeronda 38 yaşlı qadının ölümünə xəstəxanada vurulan iynə səbəb olub?
Far.Az xəbər saytı

Abşeronda 38 yaşlı qadının ölümünə xəstəxanada vurulan iynə səbəb olub?


Abşeronda xəstəxanada iynədən şoka düşdüyü ehtimal edilən qadın evində ölüb. İlkin məlumata görə, 38 yaşlı Xəyalə Əliyeva səhhətində yaranan narahatlıq səbəbindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, tibb müəssisəsində ona iynə vurulub. Qadın daha sonra yaşadığı evə qayıtsa da, bir müddət sonra vəziyyəti qəfil pisləşib. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, mərhum martın 15-də saat 23:41-də tibb müəssisəsinə müraciət edib. Həkim müayinəsindən sonra ona ringer laktat məhlulu ilə serum köçürülüb. Tibbi prosedur başa çatdıqdan sonra pasiyent özünü normal hiss etdiyini bildirib və daha sonra xəstəxananı tərk edərək evinə gedib. Tibb müəssisəsinin açıqlamasında vurğulanır ki, ringer tibbdə geniş istifadə olunan və insan həyatı üçün təhlükə yaratmayan standart məhlullardan biridir.

"Bu səbəbdən həmin məhlulun vurulmasının ölümə səbəb olması ehtimalı mümkün hesab edilmir. Pasiyentin xəstəxanada vurulan iynədən dərhal sonra vəfat etməsi barədə yayılan iddialar həqiqəti əks etdirmir. Mümkündür ki, mərhumun əvvəldən mövcud olan ağır xəstəliyi olub və bu barədə tibbi heyətə məlumat verilməyib", - deyə açıqlamada qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər