Azərbaycanda gələn il büdcə siyasətinin əsas istiqamətləri açıqlanıb
Far.Az xəbər saytı

Azərbaycanda gələn il büdcə siyasətinin əsas istiqamətləri açıqlanıb


2027-ci ildə Azərbaycanda büdcə siyasəti bir neçə istiqamətdə həyata keçiriləcək.

"Far.Az" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.

"Bunlar, dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması, əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatının gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyalar və innovasiyaların tətbiqinin genişləndirilməsi, təhsil və səhiyyə sektorlarının inkişafının dəstəklənməsi, fiskal intizam qorunmaqla büdcə qaydasına əməl edilməsi, büdcə xərclərinin dövlət xəzinədarlığı vasitəsilə ünvanlı və səmərəli icra edilməsi, real sektorun inkişafının sürətləndirilməsi və s.-dir", - deyə o qeyd edib.

Oxşar xəbərlər

İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər