Azadlıq prospektində işıqforların işləməməsinin səbəbi açıqlanıb
Far.Az xəbər saytı

Azadlıq prospektində işıqforların işləməməsinin səbəbi açıqlanıb


Azadlıq prospektində işıqforların işləməməsinin səbəbi açıqlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.

O bildirib ki, paytaxtın Nəsimi rayonu, Azadlıq prospektində işıqforların işləməməsinə səbəb qurğularda yaranan problem yox, ərazidə elektrik enerjisi verilişinin obyektiv səbəblərdən dayandırılmasıdır:

"Məsələ ilə bağlı aidiyyəti üzrə məlumat verilib və işıqforların qısa müddətə işinin bərpa olunması istiqamətində işlər görülür. Sürücülərə tövsiyə olunur ki, ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər".

Ömər Xıdırov qeyd edib ki, hazırda qeyd olunan kəsişmədə işıqforların işi bərpa olunub.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər