Nazir müavini: "Mərkəzi Asiya bizim üçün prioritet tərəfdaşlıq istiqamətlərindəndir"
Mərkəzi Asiya regionu Azərbaycan üçün prioritet tərəfdaşlıq istiqamətlərindən biridir.
"Far.Az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir müavini Səməd Bəşirli Qazaxıstanın Almatı şəhərində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu tərəfindən keçirilən "Mərkəzi Asiyada dayanıqlı əlaqəliliyin və keyfiyyətli investisiyaların genişləndirilməsi" mövzusunda İkinci Tyanşan Forumunda bildirib.
O, rəqəmsal transformasiyanın iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sektorunun rəqabət qabiliyyətinin artırılmasında rolunu qeyd edib. S.Bəşirli Azərbaycanda innovasiyaların inkişafı istiqamətində həyata keçirilən tədbirlər və region ölkələri ilə reallaşdırılan birgə layihələr barədə məlumat verib.
Bundan başqa, nazir müavini innovasiya və süni intellekt sahəsində tərəfdaşlığın inkişafı, yeni texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırıb.
Tədbirdə ticarət, enerji, nəqliyyat, logistika və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi, rəqəmsal ticarətin təşviqi, süni intellektin tətbiqi və insan kapitalının inkişafı məsələləri müzakirə edilib. Regiona investisiyaların cəlb edilməsi və iqtisadi əlaqələrin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Mərkəzi Asiya İqtisadi Əməkdaşlığı üzrə İkinci Tyanşan Forumunda dövlət rəsmiləri, beynəlxalq maliyyə institutları, biznes və akademik dairələrin nümayəndələri iştirak edib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda sabah 23 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













