Azərbaycanlı güləş referisi: "Avropa çempionatında bəzi hakimlər idmançılarımızı sıxışdırırdı"
Far.Az xəbər saytı

Azərbaycanlı güləş referisi: "Avropa çempionatında bəzi hakimlər idmançılarımızı sıxışdırırdı"


Serbiyanın Zrenyanin şəhərində keçirilmiş U-23 Avropa çempionatında azərbaycanlı güləşçilər bəzən əcnəbi hakimlər tərəfindən sıxışdırılıb.

Bunu "Report"a müsahibəsində yarışda idarəçilik edən təcrübəli referi Vüqar Şükürov deyib.

O, azərbaycanlı güləşçilərə qarşı qərəzli mövqe tutan hakimlərin olduğunu bildirib:

"Müəyyən xoşagəlməz hallar oldu. Hakimlərin bizim idmançıları bəzən sıxışdırdığını görürdüm, qərəzli mövqe tutanlar olurdu. Amma bacardığım qədər buna imkan verməməyə çalışırdım. Çünki mən də həmin ölkə təmsilçilərinin görüşlərini idarə edirdim. Onlara anlatmağa çalışırdıq ki, idmançılarımıza qarşı ədalətsizlik etməsinlər. Azərbaycanın güləş hakimləri ədalətli qərarları ilə dünyaya səs salıblar. Beynəlxalq yarışların hər birində final görüşlərini idarə ediblər".

Vüqar Şükürovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Oxşar xəbərlər

Vüqar Şükürov: "Azərbaycanın güləş hakimləri ədalətli qərarları ilə dünyaya səs salıblar" - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Üç ölkənin diplomatları da daxil olmaqla daha 70-yə yaxın əcnəbi Azərbaycana təxliyə edilib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər