"Barselona" son 100 ilin ən yüksək məhsuldarlıq göstəricisinə imza atıb
Far.Az xəbər saytı

"Barselona" son 100 ilin ən yüksək məhsuldarlıq göstəricisinə imza atıb


"Sabah"ın UEFA Çempionlar Lqiasının əsas mərhələsindəki rəqibi "Barselona" baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında cari mövsümdə keçirdiyi 15 rəsmi matçda 60 qol vuraraq son 100 ilin ən yüksək məhsuldarlıq göstəricisinə imza atıb.

"Far.Az" klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasının IV turunda "Aston Villa"ya (İngiltərə) 3 cavabsız qol vurmaqla bu göstəriciyə çatıb.

Qollardan birini Lamin Yamal, ikisini isə Rafinya vurub.

"Barselona" oxşar göstəricini sonuncu dəfə 100 il əvvəl – 1926/1927 mövsümündə gerçəkləşdirib. Həmin vaxt Cek Dombi və Roma Fornsun baş məşqçiliyi altında komanda ilk 15 rəsmi matçda 69 qol vurub. Kataloniya klubu həmin dövrdə "Qrasiya" (10:2), "Sabadell" (7:0) və "Terrassa" (9:0) komandaları üzərində böyükhesablı qələbələr qazanıb.

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də, saat 21:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər