Bugün
Gürcüstan DİN Tbilisidə asayişin bərpası üçün xüsusi vasitələrdən istifadə edib - YENİLƏNİB-2 Gürcüstan DİN Tbilisidə asayişin bərpası üçün xüsusi vasitələrdən istifadə edib - YENİLƏNİB-2
Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlamentinin arxa girişindən uzaqlaşdırmağa başlayıb - YENİLƏNİB Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlamentinin arxa girişindən uzaqlaşdırmağa başlayıb - YENİLƏNİB
Yardımlı və Masallının mərkəzində qazın verilişi bərpa olunub  Yardımlı və Masallının mərkəzində qazın verilişi bərpa olunub 
Azərbaycanın bir rayonunun və Bakının qaz təchizatında müvəqqəti fasilə yaranacaq Azərbaycanın bir rayonunun və Bakının qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Nazir müavini: "Naxçıvanda bu il ixrac üçün verilmiş mənşə sertifikatlarının sayı 36 % artıb" Nazir müavini: "Naxçıvanda bu il ixrac üçün verilmiş mənşə sertifikatlarının sayı 36 % artıb"
Ermənistan Prezidenti: Sərhədlərin delimitasiyası ilə bağlı addımlar sülhün bərqərar olmasına yönəlib Ermənistan Prezidenti: Sərhədlərin delimitasiyası ilə bağlı addımlar sülhün bərqərar olmasına yönəlib
Rusiya XİN: Yaxın günlərdə Türkiyə ilə çoxtərəfli məsləhətləşmələr aparılacaq Rusiya XİN: Yaxın günlərdə Türkiyə ilə çoxtərəfli məsləhətləşmələr aparılacaq
Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır
Azərbaycanın bir rayonun və Bakının qaz təchizatında müvəqqəti fasilə yaranacaq Azərbaycanın bir rayonun və Bakının qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Ermənistan XİN: Rusiya ilə münasibətlərdə bəzi problemlər var, onların həlli üçün dialoq aparılır Ermənistan XİN: Rusiya ilə münasibətlərdə bəzi problemlər var, onların həlli üçün dialoq aparılır

25-03-2023, 12:57 216

BMT sessiyasında İran və Ermənistandakı dözümsüzlük halları sərt tənqid olunub BMT sessiyasında İran və Ermənistandakı dözümsüzlük halları sərt tənqid olunub İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Haqları Şurasının 52-ci sessiyası davam edir. “Far.Az” xəbər verir ki, martın 20-dən tədbirlərdə iştirak ed

İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Haqları Şurasının 52-ci sessiyası davam edir.

“Far.Az” xəbər verir ki, martın 20-dən tədbirlərdə iştirak edən hüquq müdafiəçisi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin eksperti Azər Həsrət həftəsonu toplantısında İranda azərbaycanlıların hüquqları və Ermənistanın etnik təmizləmə siyasəti haqqında danışıb.

Təəssüflə bildirilib ki, İran rəsmən İslam dövləti olsa da, dindən fars olmayan millətləri sıxışdırmaq üçün bəhanə kimi istifadə edir. Bəzi hesablamalara görə, İranda təqribən 30-40 milyon Azərbaycan türkü yaşayır. Lakin onların hələ də ana dilindən istifadə hüququ yoxdur. İran bu “azlıq” üçün türk dilində məktəb təşkil etmək məsələsində “sinifdə qalıb”. Daha dəhşətlisi isə odur ki, məktəb yaşına çatmış uşaqlar fars dilini bilməzsə, təhsil almaq üçün qeydiyyatdan keçə bilməzlər.

Diqqətə çatdırılıb ki, telekanallar da daxil olmaqla, İran mediası üçün ölkədə türk dilində danışan bütün insanlarını təhqir etmək adi haldır. İranın Azərbaycan türklərinin çoxluq təşkil etdikləri əyalətlərində iqtisadi vəziyyət ölkənin digər bölgələri ilə müqayisədə olduqca pisdir.

Qeyd olunub ki, hətta təbii fəlakət zamanı da İranın öz əhalisinə biganə yanaşıb. Belə ki, bu il yanvarın 28-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş vermiş zəlzələ zamanı İran hökuməti digər insanların oranın əhalisinə yardım etmələrini əngəlləyib. Hökumətin özü də ehtiyac içərisində olan insanlara yardım məsələsinə biganə qalıb.

Sonda vurğulanıb ki, İran kimi, Ermənistan da başqa millətlərə qeyri-tolerant münasibət bəsləyir, azlıqların insan haqlarına biganə yanaşma nümayiş etdirir. 1988-ci ildə və ondan sonra təqribən 230 min azərbaycanlı Ermənistanda etnik təmizləməyə məruz qalıb. Beləliklə, Ermənistan dünyanın azsaylı monoetnik ölkələrindən birinə çevrilib.

Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurasının 52-ci sessiyası fevralın 27-də başlayıb və aprelin 4-də başa çatacaq. Sessiyada dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətlərinin təmsilçiləri də iştirak ediblər.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Region

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
Qırğızıstan regionun ən böyük dağ-xizək kurortunu tikmək niyyətindədir

Region

Qırğızıstan regionun ən böyük dağ-xizək kurortunu tikmək niyyətindədir

Qırğızıstan regionun ən böyük dağ-xizək kurortunu tikmək niyyətindədir
Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Region

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir
Qərbi Azərbaycan Xronikası: İrəvana 80 min kazakın köçürülməsi təklif edilmişdi

Region

Qərbi Azərbaycan Xronikası: İrəvana 80 min kazakın köçürülməsi təklif edilmişdi

Qərbi Azərbaycan Xronikası: İrəvana 80 min kazakın köçürülməsi təklif edilmişdi
Premyer Liqa: "Zirə" "Araz-Naxçıvan"a uduzub

Futbol

Premyer Liqa: "Zirə" "Araz-Naxçıvan"a uduzub

Premyer Liqa: "Zirə" "Araz-Naxçıvan"a uduzub
Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Energetika

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər
“Lufthansa” Tehrana uçuşların dayandırılması müddətini uzadıb

Region

“Lufthansa” Tehrana uçuşların dayandırılması müddətini uzadıb

“Lufthansa” Tehrana uçuşların dayandırılması müddətini uzadıb
Tbilisidə “Gürcü arzusu”nun təşkilatçılığı ilə aksiya keçirilir

Region

Tbilisidə “Gürcü arzusu”nun təşkilatçılığı ilə aksiya keçirilir

Tbilisidə “Gürcü arzusu”nun təşkilatçılığı ilə aksiya keçirilir