2026/2027 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib - FOTO
Far.Az xəbər saytı

2026/2027 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib - FOTO


2026/2027 mövsümündə Peşəkar Futbol Liqasının bayrağı altında keçiriləcək liqalarda istifadə olunacaq toplar müəyyənləşib.

"Far.Az" xəbər verir ki, qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və Əvəzedicilər liqasında çıxış edəcək komandaların üzvləri "Adidas" şirkətinin istehsal etdiyi "Trionda" toplarından yararlanacaqlar.

"Trionda" 2026-cı il dünya çempionatı üçün hazırlanmış müasir futbol topudur. Bu toplar xüsusi teksturalı səthə malikdirlər və bu, topun uçuş sabitliyini, fırlanmasını və nəm şəraitdə tutuşunu yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Peşəkar Futbol Liqası ilə "Adidas" şirkəti arasında mövcud olan müqaviləyə əsasən, yüksək keyfiyyətə malik "Trionda" topları güzəştli şərtlər ilə əldə ediləcək.

I Liqa oyunları 2025/26 mövsümündə olduğu kimi, "Fussballiebe" toplarından istifadə olunmaqla keçiriləcək. II Liqa komandalarının ixtiyarında ənənəvi olaraq "Adidas Tiro Pro" topları olacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər