Pistorius və Stritinq Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasına başçılıq edəcəklər
Far.Az xəbər saytı

Pistorius və Stritinq Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasına başçılıq edəcəklər


Almaniya və Böyük Britaniyanın müdafiə nazirləri Boris Pistorius və Ues Stritinq bu gün Brüsseldə, NATO-nun mənzil-qərargahında keçiriləcək Ukraynanın müdafiəsi məsələləri üzrə Təmas Qrupunun ("Ramştayn" formatı) növbəti iclasına birgə başçılıq edəcəklər.

"Far.Az"un Avropa bürosu xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Avropa İttifaqı Müdafiə Şurasının iclasından əvvəl bildirib.

Onun sözlərinə görə, iclasda həmçinin Ukraynanın müdafiə naziri Yevgeni Xmara da iştirak edəcək və o, müttəfiqlərə cəbhədəki vəziyyət, eləcə də Ukrayna ordusunun ehtiyacları barədə məlumat verəcək.

Pistorius vurğulayıb ki, görüşün əsas prioritetlərindən biri çətin qış ərəfəsində Ukraynaya hərbi dəstəyin göstərilməsi, ilk növbədə, hava hücumundan müdafiə (HHM) sistemlərinin gücləndirilməsi və enerji infrastrukturunun Rusiyanın zərbələrindən qorunması olacaq.

Nazir HHM vasitələrinin və onların sistemləri üçün raketlərin operativ tədarükünün zəruriliyini qeyd edib.

Təmas Qrupunun iclası günün ikinci yarısına planlaşdırılıb. Qrup 50-dən çox ölkə tərəfindən Ukraynaya edilən hərbi yardımı əlaqələndirir.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
YUNESKO-nun mənzil-qərargahında Novruz bayramı qeyd edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər