Bakıda kanalizasiya kollektoru çöküb, evləri su basıb
Far.Az xəbər saytı

Bakıda kanalizasiya kollektoru çöküb, evləri su basıb


Paytaxtın Xətai rayonu, Zeytun küçəsindəki fərdi yaşayış evlərinin altından keçən kanalizasiya xəttində qəza baş verib. Nəticədə evlərin içərisinə və həyətlərə su dolub.

Əraziyə müvafiq qurumların əməkdaşları cəlb ediliblər, suyun çəkilməsinə, sakinlərin təxliyə olunmasına başlanılıb.

"Zəng etmişik, deyirlər ki, hələ gözləyin. Bu problemin olacağı əvvəldən gözlənilirdi. Üç-beş ay əvvəl şikayət etmişik. Bütün qurumlara - icradan tutmuş "Azərsu"ya qədər deyildi", - sakinlərdən biri Baku TV-yə söyləyib.

"Bir il üç aydır bu məsələni bildirmişik. Heç bir tədbir görülməyib. İndi bu çöküntü meydana çıxandan sonra əl-ayağa düşdülər ki, siz çıxmalısınız evdən. Çöküntü dekabrın 10-dan başlayıb, kiçik idi, amma zamanla böyüdü", - başqa bir sakin qeyd edib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, sözügedən ərazidə hazırda suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri görülür.

***12:39

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu Zeytun küçəsində kanalizasiya kollektorunda çökmə nəticəsində ərazidə bəzi evlərin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

BAKU.WS quruma istinadən xəbər verir ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması məqsədilə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda subasmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri görülür.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər