Dublin-Roma reysi ilə uçan təyyarə Fransadakı aviabazaya məcburi eniş edib
Far.Az xəbər saytı

Dublin-Roma reysi ilə uçan təyyarə Fransadakı aviabazaya məcburi eniş edib


Dublin-Roma reysi ilə uçan təyyarə bomba barədə daxil olan məlumatdan sonra Normandiyadakı Evryo aviabazasına yönləndirilib.

"Far.Az" xəbər verir ki, bu barədə Fransa mediası ölkənin Baş naziri Sebastyan Lekornyunun dəftərxanasına istinadən məlumat yayıb.

"Dublin-Roma reysini həyata keçirən "A320" sərnişin təyyarəsi bomba barədə məlumata görə Normandiyadakı Evryo aviabazasına yönləndirilib", - məlumatda bildirilib.

Digər təfərrüatlar açıqlanmayıb.

Yerli media, təyyarənin Parisdən cənubda, Essonda geri döndüyünü yazıb. Sonra o, bir neçə dəfə Şartr ətrafında dövrə vurub, daha sonra şimala, Evryo istiqamətinə yönəlib. Təyyarə Fransa qırıcısının müşayiəti ilə aviabazaya eniş edib.

Oxşar xəbərlər

Bakıda hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər başa çatıb - YENİLƏNİB
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər