Cənub bölgəsində qarabatdaqların kütləvi tələfatı baş verib
Far.Az xəbər saytı

Cənub bölgəsində qarabatdaqların kütləvi tələfatı baş verib


Dəniz qarabatdaqlarının kütləvi tələfatı qeydə alınır.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, dəniz quşlarının tələfatı əsasən şəhərin "Kiçik Bazar" deyilən ərazisində qeydə alınıb. Köçəri quşlar sahilin müxtəlif hissələrində, xüsusilə, iri daşların arasında ölmüş vəziyyətdə aşkarlanır. Sakinlərin sözlərinə görə, onlar belə kütləvi quş ölümü ilə ilk dəfədir ki, qarşılaşırlar.

Mütəxəssislər ehtimal edirlər ki, dəniz balıqları ilə qidalanan bu quşların kütləvi ölüm halı bir neçə amillə bağlı ola bilər. Bu amillər əsasən qida çatışmazlığı, suyun çirklənməsi, zəhərlənmə, iqlim dəyişiklikləri və eləcə də virus mənşəli xəstəliklər ola bilər.

Qarabatdaq quşlarının ölümünün dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlar tərəfindən araşdırmaların aparılmasının vacibliyi vurğulanır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər