Mingəçevirdə ağır qəzada yaralananların kimliyi bilindi
Far.Az xəbər saytı

Mingəçevirdə ağır qəzada yaralananların kimliyi bilindi


Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 23-də saat 23-də Mingəçevir şəhərində 1992-ci il təvəllüdlü Nurlan Çingiz oğlu Fərəcovun idarə etdiyi 99-RG-640 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə 1988-ci il təvəllüdlü Ruhani İkram oğlu Cəfərovun idarə etdiyi 77-BD-802 dövlət nömrə nişanlı "Opel" markalı avtomobilin toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində "Opel"in sürücüsüz R.Cəfərov, sərnişinləri - 1989-cu il təvəllüdlü Rəvanə Həmid qızı Cəfərova, 1966-cı il təvəllüdlü Təranə Vəkil qızı Mütəllimova və 1950-ci il təvəllüdlü Sevil Hüseyn qızı Əsədova xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər