Azərbaycan və Latviya Riqada konsulluq məsləhətləşmələri keçirib
Far.Az xəbər saytı

Azərbaycan və Latviya Riqada konsulluq məsləhətləşmələri keçirib


Azərbaycan və Latviya konsulluq məsləhətləşmələri keçirib, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması və praktiki əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Riqada hər iki ölkənin xarici işlər nazirliklərinin və aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə Azərbaycan və Latviya arasında konsulluq məsləhətləşmələri keçirilib. Müzakirələrin mərkəzində konsulluq xidmətlərinin rəqəmsallaşdırılması, təcrübə mübadiləsi və daha sıx praktiki əməkdaşlıq imkanları məsələləri olub. Səmimi qəbula və konstruktiv qarşılıqlı fəaliyyətə görə latviyalı həmkarlarımıza minnətdarıq", - o yazıb.

Oxşar xəbərlər

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Nərminə Mustafayeva etimadnaməsinin surətini Latviya XİN-ə təqdim edib
Azərbaycanla Latviya arasında 5 sənəd mübadilə edilib
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər