Zaqatalada istirahət mərkəzində yanğın olub
Zaqatalada istirahət mərkəzində yanğın olub.
"Far.Az"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın martın 26-dan 27-nə keçən gecə rayonun Qazangül qəsəbəsi ərazisində yerləşən "Hope Lake" ailəvi istirahət mərkəzində baş verib.
Belə ki, ümumi sahəsi 100 kv/m-dən çox olan mətbəx binasında meydana gələn yanğının genişlənərək yaxınlıqdakı kottec və tikililərə keçməsinin qarşısı dərhal alınıb. Hadisə yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində ailəvi istirahət mərkəzinin mətbəx binasının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
"Torqovı"dakı yanğından son GÖRÜNTÜLƏR - Xəsarət alan var
"Torqovı"da GÜCLÜ YANĞIN nəzarət altına alınıb, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













