Onlar COP31-də çxış edəcəklər
Antalyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişməsi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 31-ci sessiyasına (COP31) artıq bir neçə gün qalıb.
Far.Az xəbər verir ki, tədbir çərçivəsində türkiyəli məşhurların çıxışları da gözlənilir.
EXPO ərazisində təşkil olunan və hər kəsin ziyarəti üçün açıq olan "Yaşıl Zona"da silsilə konsertlər, emalatxanalar və şoular təşkil ediləcək.
Xüsusilə Tarkanın 2008-ci ildə bəstələdiyi və COP31 üçün "Wake Up" adı ilə yenidən uyğunlaşdırdığı "Uyan" mahnısı ilə yanaşı, bir çox tanınmış sənətçi də səhnədə yer alacaq.
Belə ki, noyabrın 14-də Nurol Holding Konqres Mərkəzində A. Adnan Sayqunun məşhur "Yunus Emre" oratoriyası səsləndiriləcək.
Noyabrın 15-də zərb alətlərinin mahir ifaçısı Burhan Öçal "Folkart" Kiçik Amfiteatrında musiqisevərlərin qarşısına çıxacaq.
Axşam 20:00-da isə populyar müğənni Yalın "Türk Telekom" Böyük Amfiteatrında öz sevilən hitlərini səsləndirəcək.
18 Noyabrda isə saat 20:00-da tanınmış müğənni Ebru Yaşar "Türk Telekom" Böyük Amfiteatrında səhnə alacaq.
COP31 çərçivəsində "Yaşıl Zona"da keçiriləcək bütün konsert və tədbirlər tamamilə ödənişsizdir və hər kəs üçün açıq olacaq.
Xatırladaq ki, 9-20 noyabr tarixlərində baş tutacaq bu nəhəng sammit dünya liderlərini, beynəlxalq təşkilatları, biznes və elmi dairələri, vətəndaş cəmiyyəti nümayəndələrini və gəncləri vahid iqlim məqsədləri ətrafında bir araya gətirəcək.
Zirvənin əsas hədəfi qlobal iqlim öhdəliklərini real və ölçülə bilən irəliləyişlərə çevirməkdir.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
BP-nin dəstəyi ilə Naxçıvanda yeni laboratoriya və emalatxanalar yaradılır
Leyla və Arzu Əliyevalar "Urban Expo" sərgisi ilə tanış olublar
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
-
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
-
"Vikinq"in baş məşqçisi Aarsheym: "Futbolçularım adlarını klubun tarixinə yazdırdılar"













