Amerikalı basketbolçu Maykl Rayt: "Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır"
Far.Az xəbər saytı

Amerikalı basketbolçu Maykl Rayt: "Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır"


Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır.

"Report" xəbər verir ki, bunu "Quba"nın ABŞ-dən olan basketbolçusu Maykl Rayt klubun mətbuat xidmətinə müsahibəsində deyib.

"Düşünürəm ki, Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır. Xüsusilə "Sabah"a qarşı oynamaq fürsətindən zövq aldım. Onlar çox yaxşı komandadır və əvvəlki mövsümdə liqanı qazanan komandaya qarşı oynamaq həmişə maraqlıdır. Ümid edirəm ki, pley-offda onlarla yenidən oynaya biləcəyik", - deyə hücumameyilli müdafiəçi bildirib.

O, fasilədən əvvəlki son turda "Lənkəran"ı məğlub etdikləri görüşü yada salıb:

"Bu, çox yaxşı komanda qələbəsi idi. "Lənkəran" komandası çətin bir il keçirdi, ona görə də qalib gəlməli olduğumuz bir matç idi. Komandamızın oyunundan razıyam. Həqiqətən də kollektiv oyun göstərərək qazandıq. Komandamız qarşılaşmanı qazandığı müddətdə öz oyunumdan razıyam. Qələbə matçın ən vacib hissəsidir".

M.Rayt bu gün müntəzəm mövsümün son turunda "Naxçıvan"la keçirəcəkləri oyuna toxunub:

"Naxçıvan" çox güclü komandadır. Onlarla hər oyun çətin keçir. Bu dəfə də belə olacağını düşünürəm. Amma komanda şəklində güclü oynasaq, inanıram ki, qələbə qazanacağıq".

28 yaşlı basketbolçu "Quba"nın cari mövsümdə çıxışını dəyərləndirib:

"Daha yaxşı çıxış edə bilərdik. Amma buna mane olan səbəblər var. Zədəlilər və komandadan ayrılanlar oldu. Lakin inanıram ki, komandamız hazırda ən yaxşı formadadır. Biz pley-off görüşlərinə hazırıq".

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər