DÇ-2026-nın bütün 48 iştirakçısı BİLİNDİ
2026-cı ildə keçiriləcək FIFA Dünya Çempionatı 2026 üçün bütün iştirakçı komandalar artıq müəyyənləşib.
Far.Az xəbər verir ki, son iki vəsiqəni Konqo Demokratik Respublikası və İraq milliləri qazanıblar. Hər iki komanda pley-off mərhələsinin finalında rəqiblərini - müvafiq olaraq Yamayka və Boliviyanı məğlub edərək mundiala qatılmaq hüququ əldə edib.
Beləliklə, 48 yığmanın yer aldığı turnirin qrupları tam şəkildə formalaşıb:
A qrupu: Meksika, Cənubi Koreya, CAR, Çexiya
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina
C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti
D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə
E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç
G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya
H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde
I qrupu: Fransa, Seneqal, Norveç, İraq
J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo DR
L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana
Qeyd edək ki, mundial 2026-cı il 11 iyun – 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçiriləcək.
Oxşar xəbərlər
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bu gün DÇ-2026-nın püşkatma mərasimi keçiriləcək
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













