Avropa Kubokunda qızıl medal qazanan Rza Xəlilli: "Yarışa yüksək səviyyədə hazırlaşmışdım"
Far.Az xəbər saytı

Avropa Kubokunda qızıl medal qazanan Rza Xəlilli: "Yarışa yüksək səviyyədə hazırlaşmışdım"


Azərbaycanın yeniyetmə cüdoçusu Rza Xəlilli (55 kq) Gəncədə keçirilən Avropa Kubokuna yüksək səviyyədə hazırlaşıb.

"Far.Az"un yarışa ezam olunan əməkdaşına açıqlama verən idmançı qızıl medal qazandığı turnirlə bağlı fikirlərini bölüşüb.

R.Xəlilli Avropa Kubokunda təşkilatçılığın da çox yaxşı olduğunu söyləyib:

"Yeniyetmələrdən ibarət yığmanın üzvüyəm. Özüm qızıl mükafat qazanacağımı düşünürdüm".

Cüdoçu gələcək planlarından da bəhs edib:

"Almaniyanın paytaxtı Berlində də Avropa Kuboku keçiriləcək. Orada da qızıl medal qazanmaq niyyətindəyəm".

Qeyd edək ki, Avropa Kuboku aprelin 5-də başa çatacaq. Azərbaycan təmsilçiləri ilk gündə 13 medal qazanıblar.

Oxşar xəbərlər

Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2
Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start verilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər