İranda COVID-19-a yoluxma artır
Far.Az xəbər saytı

İranda COVID-19-a yoluxma artır


İranda qrip və COVID-19-a yoluxma artır, ölüm halları qeydə alınır.

BAKU.WS "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran Tibb Elmləri Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Həmid Emadi Kuçək xəbərdarlıq edib.

E. Kuçək deyib ki, hazırda yayılan koronavirus alt ştammının ötürülmə və yoluxma sürəti əvvəlkilərdən qat-qat yüksəkdir, lakin bu növ koronavirusun səbəb olduğu ölüm göstəriciləri əvvəlki növlərə nisbətən daha azdır:

"Yayılmış viruslara, xüsusən də koronavirus və qripə yoluxmağın qarşısını almaq üçün yeganə təsirli və qabaqlayıcı yol, əlləri müntəzəm yumaq, izdihamlı mühitlərdə maskadan istifadə etmək və yaşlıların, eləcə də xroniki xəstəlikləri olan şəxslərin mümkün qədər sıx və izdihamlı yerlərdən çəkinməsi kimi fərdi gigiyena qaydalarına riayət etməkdir.

Mövcud məlumatlara əsasən, COVID-19 virusuna yoluxma hallarının əhəmiyyətli dərəcədə artması və kəskin yüksəlişi ilə üz-üzəyik".

Qeyd olunub ki, bir çox insan ailə üzvlərinin, xüsusən də uşaqların tənəffüs yolları infeksiyalarına yoluxduğunu bildirir.

Oxşar xəbərlər

İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Dekan: Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər