Emin İskəndərov: "Cüdoçular növbəti yarışlarda daha çox medal qazanacaqlar"
Far.Az xəbər saytı

Emin İskəndərov: "Cüdoçular növbəti yarışlarda daha çox medal qazanacaqlar"


Azərbaycanın yeniyetmə cüdoçuları növbəti yarışlarda daha çox medal qazanacaqlar.

Bu barədə "Report"un Gəncəyə ezam olunmuş əməkdaşına yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Emin İskəndərov açıqlama verib.

Mütəxəssis sözügedən şəhərdə keçirilən Avropa Kuboku ilə bağlı fikirlərini bölüşüb:

"Cüdoçular bu yarışa yaxşı hazırlaşmışıblar. Almaniyanın Berlin şəhərindəki turnir zamanı da yaxşı təlim-məşq toplanışı olmuşdu. Yarışlar arasında bir həftə vaxt olub. Avropa Kuboku ölkəmizdə keçirildiyi üçün mütləq güləşməlidirlər. Bir az yorğunluq var. Bu, bizim ilk seçim xarakterli yarışımızdır. Bundan sonra hələ üç belə turnir olacaq. Məncə, növbəti yarışlarda mükafatların sayı artacaq".

E. İskəndərov Avropa Kubokunda qızıl mükafat əldə edən Rza Xəlilli (55 kq) haqqında da danışıb:

"Ondan gözləntimiz böyük idi. Təlim-məşq toplanışlarında yaxşı hazırlıq keçib. Finalda qalib gəldiyi İbrahim Talıbov da ondan geri qalmırdı. Rza özünü yaxşı tərəfdən göstərə bilib".

Baş məşqçi yarışın ikinci günündə də medallar qazanacaqlarını sözlərinə əlavə edib:

"Namizəd cüdoçularımız var. Belə texniki səhvlər olmasa, idmançılarımız finala vəsiqə qazanacaqlar. Millinin heyətini bu yarışlardan formalaşdıracaq, təhlillər aparacağıq. Burada fərqlənən cüdoçuların bir qismi Berlində, digərləri Tbilisidəki Avropa Kubokunda çıxış edəcəklər".

Xatırladaq ki, Gəncə İdman Sarayında təşkil olunan turnurin ilk günündə Azərbaycan cüdoçuları 13 medal əldə ediblər. Avropa Kuboku bu gün başa çatacaq.

Oxşar xəbərlər

Emin İskəndərov: "Cüdoçular növbəti yarışlarda daha çox medallar qazanacaqlar"
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər