Monteneqro Aİ-yə üzvlük danışıqlarının daha iki fəslini bağlayıb
Far.Az xəbər saytı

Monteneqro Aİ-yə üzvlük danışıqlarının daha iki fəslini bağlayıb


Monteneqro noyabrın 6-da Brüsseldə keçirilən hökumətlərarası konfransda Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının daha iki fəslini başa çatdırıb.

"Far.Az"un Avropa bürosu xəbər verir ki, beləliklə, bağlanan fəsillərin ümumi sayı tələb olunan 33 fəsildən 23-ə çatıb.

Razılaşmalar 1-ci "Malların sərbəst hərəkəti" və 12-ci "Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar siyasət" fəsilləri üzrə əldə edilib.

Monteneqronun Baş naziri Miloyko Spayiç bildirib ki, Podqoritsa Aİ-yə üzvlük danışıqlarını bu ilin sonunadək başa çatdırmaq, 2027-ci ilin iyununda birləşmə müqaviləsini imzalamaq və 2028-ci ildə Avropa İttifaqına üzvlüyə nail olmaq niyyətindədir.

Mətbuat konfransında tərəflər Monteneqro və Xorvatiya arasında Avropaya inteqrasiya üzrə danışıqlar prosesi üçün əhəmiyyət kəsb edə biləcək həll olunmamış ikitərəfli fikir ayrılıqları məsələsinə toxunublar.

Spayiç bildirib ki, Podqoritsa Avropa kompromisi əsasında bütün mübahisəli məsələlərin həlli məqsədilə Zaqreblə məsləhətləşmələri davam etdirir.

Oxşar xəbərlər

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Brüsseldə aksiya iştirakçıları: İtkin düşmüş soydaşlarımız haqqında həqiqəti hər kəsə çatdırmaq istəyirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər