Qurban Qurbanov: "Komandada düzgün xarakter olmasa, nəticələr də olmaz"
Far.Az xəbər saytı

Qurban Qurbanov: "Komandada düzgün xarakter olmasa, nəticələr də olmaz"


Komandada düzgün xarakter olmasa, nəticələr də olmaz.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XXVI turunda "Karvan-Yevlax"a qarşı keçirilən matçdan sonra komandasının mövcud durumundan danışıb:

"Biz əvvəl uğursuz dövr yaşamışdıq, amma sonradan toparlanıb geri dönə bildik. Təbii ki, alınmayan oyunlar da olub. Daxili çətinliklər yaşanıb və bəzi futbolçular gözlədiyimiz səviyyədə çıxış etməyiblər. Komandamız həm potensiala, həm də təcrübəyə malikdir. Hər oyunda sona qədər mübarizə aparırıq ki, qələbə qazanaq.

"Sabah" komandası yaxşı tarazlığa malikdir. "Neftçi", "Zirə" və "Turan Tovuz" son matçlarda öz oyunlarını inkişaf etdiriblər və sabit nəticələr göstərirlər. Hər qarşılaşmaya ciddi hazırlaşmalıyıq və uğur üçün lazım olan prinsiplərdən dönməməliyik".

Qeyd edək ki, "Qarabağ" - "Karvan-Yevlax" görüşü Ağdam təmsilçisinin 7:0 hesablı qələbəsi ilə bitib.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər