"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Far.Az xəbər saytı

"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA


Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyanın nəhəngi "Benfika"ya qarşı qazandığı 3:2 hesablı qələbə beynəlxalq mətbuatın diqqət mərkəzinə çevrilib.

Far.Az xəbər verir ki, Ağdam təmsilçisinin səfərdə geridönüş edərək tarixi nəticəyə imza atması dünya futbol ictimaiyyətində geniş rezonans doğurub.

Avropanın aparıcı idman saytları "Qarabağ"ın Lissabondakı uğurunu sürpriz və möhtəşəm nəticə kimi dəyərləndirib.

İspaniyanın "Marca" nəşri yazıb: "Azərbaycanlılar ilk dəqiqələrdən geri düşsələr də, sona qədər təslim olmadılar".

Türkiyənin idman mediası qələbəni "Azərbaycan futbolunun Avropada yeni zirvəsi" kimi təqdim edib. Onlar həmçinin "Qarabağ"ın ötən tur "Fənərbağça"nı məğlub edərək turu adlayan "Benfika"dan "Fənər"in qisasını aldığını xüsusi vurğulayıblar.

Portuqaliyanın aparıcı nəşrlərindən "A Bola" ölkə təmsilçisinin darmadağın olmasını "şok məğlubiyyət" kimi xarakterizə edərək yazıb: "Leandro Andrade, Camilo Duran ve Oleksii Kaşçuk, Azerbaycan futbol tarixində analoqu olmayan mükafata layiq kinematoqrafik qələbənin memarları idi".

Qələbə sosial şəbəkələrdə də böyük səs-küy yaradıb. Bir çox futbol ekspertləri və tanınmış analitiklər Ağdam klubunun inamlı oyununun Azərbaycan futbolu üçün yeni tarixi səhifə açdığını bildiriblər.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Çempionlar Liqası: "Qarabağ" "Benfika" səfərində tarixi qələbə qazanıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər