"Qalatasaray" futbolçularından narazılıq - İkardi ilə oynamırıq, Osimhen yaxşıdır
"Qalatasaray" futbolçuları "Trabzonspor" məğlubiyyətindən sonra komanda daxilində vəziyyəti müzakirə edib və hücum xətti ilə bağlı narazılıq səsləndiriblər.
Far.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, oyunçular arasında aparılan qiymətləndirmədə Viktor Osimhen və Mauro İkardi arasındakı oyun fərqlərinə diqqət çəkilib.
Futbolçular Osimhenin meydanda olduğu zaman komandanın öndə pressinq və təzyiq sayəsində daha effektiv oynadığını, İkardi ilə isə eyni oyun modelini tətbiq etməyin çətin olduğunu bildiriblər.
Komanda üzvlərinin fikrincə, Osimhenin yoxluğunda eyni taktiki sistemin davam etdirilməsi hücumda istənilən nəticəni vermir. Onlar qeyd ediblər ki, İkardi ön xəttdə oynayarkən komanda daha çox geri çəkilməyə məcbur qalır və Osimhenin yaratdığı dinamikanı axtarır.
Məlumata görə, baş məşqçi Okan Burukun Nigeriyalı hücumçu olmadan da eyni oyun planını davam etdirməsi diqqət mərkəzindədir. Bu səbəbdən yaxınlaşan Göztepe matçında onun heyət və taktika seçimlərinin necə olacağı maraqla gözlənilir.
Bundan başqa, zədəsini sağaldan İkardinin "Fənərbağça" derbisinə qədər hazır olması planlaşdırılır. "Fənərbağça" ilə keçiriləcək derbidə onun komandanın əsas hücum silahlarından biri olması gözlənilir.
Qeyd edək ki, "Liverpool" ilə oyunda qolunu sındıran İkardinin "Trabzonspor" matçında statistik göstəriciləri də diqqət çəkib. O, 90 dəqiqə meydanda olmasına baxmayaraq cəmi 11 dəfə topla təmas edib. Müqayisə üçün, ondan az top toxunuşu olan yeganə futbolçu cəmi 2 dəqiqə oynayan Ahmed Kutucu olub.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirib
-
SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir













