Azərbaycanın Bolqarıstandakı Səfirliyində Ümumdünya Şəhərlər Günü münasibətilə tədbir keçirilib
Ümumdünya Şəhərlər Günü, Azərbaycanda 2026-cı ilin Memarlıq və Şəhərsalma İli elan edilməsi və Urban Oktyabr çərçivəsində respublikamızın Bolqarıstandakı Səfirliyində "Qafqazın mirvarisi olan Azərbaycan şəhərlərini kəşf et" adlı hibrid formatlı tədbir keçirilib.
Səfirlikdən "Far.Az"a verilən məlumata görə, Azərbaycan və Bolqarıstandan olan turizm operatorlarının və turizm sektorunun digər nümayəndələrinin, eləcə də Bolqarıstanın Turizm nazirinin müavini Mariela Modevanın iştirak etdiyi tədbir Azərbaycanın zəngin şəhərsalma və memarlıq irsinin, turizm potensialının və regional mədəni müxtəlifliyinin Bolqarıstanın turizm ictimaiyyətinə tanıdılmasına həsr olunub.
Tədbirdə çıxış edən Azərbaycanının Bolqarıstandakı səfiri Elmar Məmmədov Ümumdünya Şəhərlər Gününün şəhərlərin davamlı inkişafı, həyat keyfiyyətinin yüksəldilməsi, urbanizasiyanın yaratdığı imkan və çağırışlar baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, turizm şəhərlərin iqtisadi inkişafına, mədəni irsinin qorunmasına və beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir. Bu baxımdan, turizm, şəhərsalma və mədəni irs sahələrində beynəlxalq əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Səfir 2027-ci ildə diplomatik münasibətlərinin qurulmasının 35 illiyini qeyd edəcək Azərbaycan və Bolqarıstan arasında son 11 il ərzində uğurla inkişaf edən strateji tərəfdaşlıq münasibətlərinin turizm sahəsində də dərinləşdirilməsinin əhəmiyyətinə toxunan səfir turizm operatorları arasında birbaşa əlaqələrin gücləndirilməsi, yeni və yaradıcı turizm marşrutlarının təşviqi və qarşılıqlı turist mübadiləsinin artırılmasının vacibliyini qeyd edib.
Sonra Azərbaycanın turizm potensialına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Azərbaycan Turizm Bürosunun təqdimatı zamanı iştirakçılara ölkəmizin turizm marşrutları, şəhər turizmi imkanları, zəngin tarixi və memarlıq irsi, milli mətbəxi və mədəniyyəti, eləcə də 2027-ci ildə Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlər, o cümlədən 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumu barədə ətraflı məlumat verilib. Daha sonra Azərbaycan və Bolqarıstandan olan turizm operatorlarının təqdimatları dinlənilib, fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Tədbirin xüsusi hissəsi Azərbaycanın müxtəlif bölgələrinin zəngin kulinariya irsinin və regional məhsullarının təqdimatına həsr olunub. Qonaqlara milli mətbəximizin nümunələri, yerli məhsullar və ənənəvi təamlar vasitəsilə ölkəmizin müxtəlif regionlarının özünəməxsus dadları, çoxəsrlik ənənələri və qonaqpərvərlik mədəniyyəti nümayiş etdirilib.
Təqdimatda ölkəmizin Qarabağ bölgəsini şah plov və İstisu mineral suyu, Gəncəni yarpaq dolması və xurma, Göyçayı məşhur narları, nar şərabı və ənənəvi narşərab, Bakını milli şirniyyatlarımızın inciləri olan paxlava və şəkərbura, Şəki-Zaqatala bölgəsini təzə qoz, Qəbələni Savalan şərabları, Şamaxını isə Meysəri şərabları təmsil edib.
Bununla yanaşı, Lənkəranın zəngin çay ənənələri, Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş qoz, ağ və qırmızı gilas, çiyələk, eləcə də qızılgül mürəbbələri qonaqların diqqətinə çatdırılıb.
Tədbirin yekununda Azərbaycan və Bolqarıstan arasında turizm əməkdaşlığının genişləndirilməsi, Orta Dəhliz boyunca turizm imkanlarının inkişaf etdirilməsi, şəhərlərimizin və zəngin mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılması, eləcə də xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində Səfirliyin səylərinin davam etdiriləcəyi bildirilib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla və Arzu Əliyevalar "Urban Expo" sərgisi ilə tanış olublar
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə çaqqal qadına hücum etdi
-
Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"
-
Azər Bayramov: "Bu il 18 dövlət müəssisəsində rəqəmsal transformasiya işləri görülüb"
-
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb - Yenilənib-2
-
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
-
Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb













