Azərbaycan karateçiləri İtaliyada dünya çempionatında iştirak edəcəklər
Far.Az xəbər saytı

Azərbaycan karateçiləri İtaliyada dünya çempionatında iştirak edəcəklər


Azərbaycanın yeniyetmə və gənclərdən ibarət karateçiləri İtaliyanın Venesiya şəhərində dünya çempionatında iştirak edəcək.

"Far.Az" xəbər verir ki, yığmamız mundialda 25 nəfərdən ibarət heyətlə baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Seymur Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.

Bundan başqa Cahangir Babayev və Vüqar Kərimov hakim qismində Azərbaycanı təmsil edəcək.

Yığmamız yarışa Azərbaycan Karate Fedarasiasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

Qeyd edək ki, yarış oktyabrın 9-dan 13-dək davam edəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycan karateçiləri beynəlxalq yarışda qızıl və gümüş medallar qazanıblar
81-ci Venesiya Film Festivalı başlayır
Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib - TƏFƏRRÜAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər