96 yaşlı milyarder 48 ildir su içmirmiş
Dünyanın ən uğurlu investorlarından biri, milyarder Uorren Baffett təxminən əlli ilə yaxındır ki, bir stəkan da olsun su içmədiyini etiraf edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, 96 yaşlı milyarderin su əvəzinə gün ərzində nə qəbul etdiyi barədə məlumatı başqa bir milyarder Bill Ekman açıqlayıb.
"Equity Mates Investing" podkastında qonaq olan Bill Ekman illər əvvəl Uorren Baffettlə birgə keçirdiyi şam yeməyini xatırlayıb. Ekmanın sözlərinə görə, o, Baffettə adi, yoxsa qazlı su istədiyini soruşduqda investor sudan nəzakətlə imtina edərək, qazlı şirin içkilərə üstünlük verdiyini bildirib.
Ekman onun "Siz heç su içmirsiniz?" sualına Baffettin "Bill, mən 48 ildir su içmirəm" cavabını verdiyini qeyd edib.
İngilis yazıçısı Qlen Arnoldun Uorren Baffett haqqında yazdığı kitabda da investorun hər gün 5 banka "Coca-Cola" (xüsusilə "Cherry Coke") içdiyi bildirilir. Baffett özü də 2015-ci ildə "Fortune" jurnalına müsahibəsində gündəlik kalori rasionunun böyük hissəsini bu içkidən aldığını vurğulamışdı: "Gündə 2700 kalori qəbul edirəmsə, bunun dörddə biri "Coca-Cola"dır. Hər gün azı beş dəfə 350 millilitrlik porsiya içirəm".
Maraqlıdır ki, Baffett gənclik illərində 50 il boyunca "Pepsi" içib. Hətta oğlu Hovardın uşaqlıq dostu Cim Ross investorun gecələr evdə "Pepsi" içdiyini xatırlayaraq oğlunun vaxtilə ona "Pepsi Uorren" dediyini bildirib. Lakin 1986-cı ildə keçirilən "Berkshire Hathaway" illik toplantısında Baffett "Pepsi"dən imtina edərək şirkətin rəsmi içkisi kimi "Cherry Coke"u seçdiyini elan edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
-
Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb
-
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, 10 nəfər yaralanıb
-
Lavrov: Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq
-
OpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib
-
Qubadlıda ilk su elektrik stansiyası tikilir













