"Sumqayıt"ın baş məşqçisi futbolçusu ilə əlbəyaxa dava edib
"Sumqayıt"ın baş məşqçisi Saşa İliçlə oyunçular arasında ciddi problemlər yaranıb.
Far.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, serb mütəxəssis yarımmüdafiəçi Səbuhi Abdullazadədən narazıdır və mətbuat konfransında bunu açıq şəkildə dilə gətirib.
Amma kapitan onunla problem yaşayan yeganə futbolçu deyil. Digərləri də İliçlə müxtəlif insidentlər yaşayıb.
Ən böyük problem Danilo Beskorovaynıyla bağlıdır. Ukraynalı müdafiəçi ilə münasibətlər hətta dava-dalaş həddinə çatıb. "Sabah"la oyundan sonrakı məşqlərdən birində legioner oyunçu çalışdırıcı ilə əlbəyaxa olub. Qarşılıqlı ittihamlardan sonra tərəflər sakitləşdirilib. Bunun nəticəsidir ki, Beskorovaynıy son turun "Neftçi" ilə oyununda meydana buraxılmayıb. O, sonadək oyunu ehtyatda izləyib.
Yayda İliç komandada qalsa, ukraynalı ilə yollar ayrılacaq. Amma böyük ehtimal məhz serb məşqçinin yola salınacağıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













