Azərbaycanın futzal millisinin Qazaxıstanla oyunlar üçün heyəti bəlli olub
Aprelin 13-də və 15-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycanın futzal millisi bu gün gecə saatlarında səfərə çıxacaq.
Azərbaycan Futzal Federasiyasından "Far.Az"a verilən məlumata görə, baş məşqçi Yevgeni Kukseviç matçlara 2-si qapıçı olmaqla ümumilikdə 16 oyunçu aparacaq.
Tbilisi səfərindən sonra əvvəlcədən razılaşdırıldığı kimi, ailə vəziyyəti ilə əlaqədar qapıçı Rövşən Hüseynli Cavad Məmmədovla əvəzlənib.
Qapıçılar: Emin Kürdov (Araz-Naxçıvan), Cavad Məmmədov (Baku Fire)
Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı Neftçi İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı Baku Fire), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi Araz-Naxçıvan), Qüdrət Qasımzadə (Şuşa)
Qeyd edək ki, Qazaxıstan millisi ilə görüş aprelin 13-də və 15-də Aktau şəhərindəki BS Arenada keçiriləcək.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycanın futzal yığmasının təlim-məşq toplanışına 17 oyunçu dəvət edilib
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













