Müctəba Xameneinin olduğu yer niyə gizli saxlanılır?
Far.Az xəbər saytı

Müctəba Xameneinin olduğu yer niyə gizli saxlanılır?


İranın Ali rəhbəri Müctəba Xameneinin harada olduğu təhlükəsizlik səbəbindən ictimaiyyətə açıqlanmır. Onun son dövrlərdə görüntülərinin yayımlanmaması və hər hansı çıxış etməməsi də məhz bu amillə əlaqələndirilir.

Far.Az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə" telekanalına müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, Müctəba Xamenei ölkənin idarə olunmasında fəal iştirak edir, bütün mühüm məsələlər onun diqqətinə çatdırılır və qəbul etdiyi qərarlar müvafiq qurumlara ötürülür. Əraqçi ali rəhbərin ictimaiyyət qarşısında görünməməsinin dövlət idarəçiliyində hər hansı problem yaratmadığını vurğulayıb.

O bildirib ki, Xameneinin təhlükəsizliyinin təmin edilməsi üçün onun yerləşdiyi məkan barədə məlumatlar məxfi saxlanılır. Buna səbəb isə İranın əvvəlki müharibələr zamanı yüksək vəzifəli şəxslərinin hücumlara məruz qalmasıdır.

Əraqçinin qeyd edib ki, ABŞ və İsrail hərbi qüvvələri münaqişə dövründə İran rəsmilərinin yaşadığı ünvanları hədəfə alıblar. Bu hücumlar nəticəsində ölkənin əvvəlki ali rəhbəri Əli Xamenei də öldürülüb.

Xarici işlər naziri Müctəba Xamenei ilə şəxsən görüşmədiyini də etiraf edib. Bununla belə, Prezident Məsud Pezeşkian, parlament sədri Məhəmməd Baqir Qalibaf və digər yüksəkvəzifəli şəxslərin onunla görüşdüyünü bildirib.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər