Məşhur aktyorlar eyni serialda çəkiləcəklər
Far.Az xəbər saytı

Məşhur aktyorlar eyni serialda çəkiləcəklər


Türkiyənin "Go Türkiye" layihəsində yeni ulduz heyəti bəlli olub. Bunlar tanınmış aktyorlar Murat Yıldırım, Fahriye Evcen və Sedef Avcıdır.

Far.Az xəbər verir ki, Türkiyənin turizm potensialını dünyaya tanıtmaq məqsədilə fəaliyyət göstərən Türkiyə Turizm Təşviqi və İnkişaf Agentliyi tərəfindən hazırlanan mini seriallar silsiləsinə yeni layihə əlavə olunub.

Tanınmış aktyorların rol aldığı bu ekran işi "NTC Media" tərəfindən həyata keçiriləcək.

Məşhur aktyorlar eyni serialda çəkiləcəklər

Yeni layihənin baş rollarında Murat Yıldırım, Fahriye Evcen və Sedef Avcı yer alacaq.

Murat və Fahriyenin 2017-ci ildə çəkildikləri "Sonsuz Aşk" filmindən sonra yenidən eyni layihədə rol alması maraq doğurub.

Layihənin rejissoru Semih Bağcı, ssenari müəllifi isə Yekta Torun olacaq.

Yeni serialda Türkiyənin turistik yerləri tamaşaçılara təqdim ediləcək. Bu dəfə çəkilişlər əsasən Göcek və Bodrum bölgələrində reallaşacaq.

Çəkilişlərin may ayının ilk yarısında başlanması planlaşdırılıb.

Yeni layihənin həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən maraqla qarşılanacağı gözlənilir.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Məşhurların ölümündən əvvəl çəkildikləri SON FİLMLƏRİ - SİYAHI
Məşhur seriallarda oynayan aktyorların nə qədər pul qazandığı məlum oldu - MƏBLƏĞ
Dünyanın prestijli saytları "Səma qurbanları" filmindən yazdı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər